Beynəlxalq Dağçılıq və Dırmanma üzrə Federasiyanın vitse-prezidenti “Heydər zirvəsi”nə yürüş edib - FOTO

Beynəlxalq Dağçılıq və Dırmanma üzrə Federasiyanın vitse-prezidenti  “Heydər zirvəsi”nə yürüş edib - <span style="color: red;">FOTO
# 26 noyabr 2013 13:31 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəvəti ilə Beynəlxalq Dağçılıq və Dırmanma üzrə Federasiyanın (UİAA) vitse-prezidenti Piter Farkaş noyabrın 22-26-da Azərbaycanda işgüzar səfərdə olub.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində P. Farkaşla FAİREX-in ofisində görüş keçirilib. Görüş zamanı FAİREX-lə UİAA-nın birgə beynəlxalq fəaliyyəti müzakirə olunub. Eyni zamanda görüşdə, qonaq, FAİREX tərəfindən ənənəvi keçirilən dağ festivalının formatının dəyişdirilməsinə müəyyən təkliflər səsləndirib.

Səfər zamanı P. Farkaş noyabrın 23-24-də FAİREX-in prezidenti Hüseyn Bağırovla birgə “Heydər zirvəsi”nə (3751 m) yürüş edib və yürüş uğurla başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR