Müəllim ixtisasını seçən 300 tələbə “Gələcəyin müəllimi” təqaüdü alacaq

Müəllim ixtisasını seçən 300 tələbə “Gələcəyin müəllimi” təqaüdü alacaq
# 05 oktyabr 2015 11:52 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Bu il müəllim ixtisasını seçən 300 nəfər “Gələcəyin müəllimi” təqaüdü alacaq”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov bu gün Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş mətbuat konfransında deyib.

O, bildirib ki, bu il qəbul imtahanında 8656 nəfər müəllim ixtisasını seçib: “Onlardan 1269 nəfəri 500 və 500-dən artıq bal toplayıb. Bu isə ötən illə müqayisədə 5 faiz çoxdur. Əvvəlki illərlə müqayisədə isə bu, iki dəfədən çoxdur. Eyni zamanda, bu il müəllimlik ixtisasını seçənlərin orta keçid balı artaraq 364 olub".

Bakı məktəblərində bufetlərin vəziyyətinə toxunan C. Valehov bufetlərdə monitorinqlərin aparıldığını da deyib: “Məktəb bufetlərində monitorinqlər aparılır. Bufetlərdə nələr satıla bilər, nələr satıla bilməz, monitorinqlərin nəticələrinə uyğun olaraq qərar veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR