Bakı. Yeganə Laçınzadə – APA-Economics. Naxçıvan Muxtar Respublikası üzrə bu ilin sentyabr ayında 1 mln. 981,1 min manat dəyərində 33 min 019 kvt/saat miqdarında elektrik enerjisi istehlak edilib.
Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, ötən ay Naxçıvan üzrə elektrik enerjisi satışından 1 mln. 981,4 min manat toplanıb.
Beləliklə, istehlak olunmuş elektrik enerjisinə görə ödənişə 100% əməl edilib.