Biləsuvarda su kanalından "Mercedes" markalı avtomobil çıxarılıb

Biləsuvarda su kanalından "Mercedes" markalı avtomobil çıxarılıb
# 13 noyabr 2013 17:33 (UTC +04:00)

Bakı-APA. Biləsuvar şəhərində vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək su kanalına düşüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif avadanlıqlardan istifadə edilərək minik avtomobili kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Su hövzəsində olan suyu çəkərkən heç bir insan faktoru aşkar olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR