Lənkəranda intihar olub

 Lənkəranda intihar olub
# 12 noyabr 2013 07:01 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Lənkəranda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Kərgəlan kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Elvin Heydər oğlu Quliyev yaşadığı evin həyətində özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR