Bakıda bu il keçirilən mini əmək yarmarkalarında 270 nəfərə vakant iş yerlərinə göndəriş verilib

Bakıda bu il keçirilən mini əmək yarmarkalarında 270 nəfərə vakant iş yerlərinə göndəriş verilib
# 07 mart 2014 09:07 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Bakı şəhərinin rayonlarında keçirilən mini əmək yarmarkalarında ümumilikdə 77 müəssisə tərəfindən 1 363 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, bu göndəriş Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilib.

Belə ki, bu aktiv məşğulluq tədbirlərində 270 nəfər işaxtaran və işsiz vətəndaşa münasib iş yerlərinə göndəriş verilib, 49 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.

Qeyd edək ki, Bakı şəhərinin rayonlarının Məşğulluq Mərkəzləri tərəfindən müəssisə, idarə və təşkilatlardan mövcud vakansiyalar toplanmaqla hər ay mini əmək yarmarkaları təşkil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR