Təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib

Təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib
# 16 oktyabr 2014 14:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Təhsil Nazirliyində ölkə prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı, “Əməkdar Müəllim” və “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adları ilə təltif olunan təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib. APA-nın xəbərinə görə, görüşdə təhsil naziri Mikayıl Cabbarov prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində “Tərəqqi” medalı, “Əməkdar Müəllim” və “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adları ilə təltif olunmuş təhsil işçilərini təbrik edib. Nazir təhsil sahəsində islahatların uğurla həyata keçirilməsində müəllim peşəsinin ictimai nüfuzunun artırılmasının, onun yüksək maddi və mənəvi motivasiyasının vacib olduğunu vurğulayıb. M.Cabbarov inkişaf edən ölkədə təhsil sisteminin daim yenilənməsi, dünya təhsilindəki sürətli tərəqqi proseslərindən faydalanması istiqamətində işlər görüldüyünü nəzərə çatdırıb.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq olunduğu bir il ərzində təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan addımların əhəmiyyətini vurğulayan Mikayıl Cabbarov qarşıda duran işlərin həyata keçirilməsində müəllimlərin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib.

Daha sonra fəxri adlarla təltif olunan təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR