Azərbaycanın Türkiyədə inşa etdiyi neft emalı zavodunun tikinti müddəti artırılıb

Azərbaycanın Türkiyədə inşa etdiyi neft emalı zavodunun tikinti müddəti artırılıb
# 17 oktyabr 2013 14:22 (UTC +04:00)

ARDNŞ-dən «APA-Economics»ə bildirilib ki, neft emalı zavodu 100 aydan sonra tikilərək istifadəyə tam olaraq təhvil veriləcək.

Xatırladaq ki, daha əvvəl Türkiyə hökuməti ilə ARDNŞ arasında əldə olunmuş ilkin razılığa görə, müəssisə 60 ay ərzində tikilərək istifadə verilməli idi. İndi isə zavodun tikintisi ilə bağlı işlər üçün ayrılan müddət daha 40 ay artırılaraq, ümumilikdə 100 aya çatdırılıb.

Qeyd edək ki, «Petkim Holding»in tərkibində olacaq «Star» neft emalı zavodunun illik emal gücü 10 mln. ton neft, ümumi dəyəri isə 5,3 mlrd. ABŞ dolları təşkil edəcək. Zavodun tikintisinə 2011-ci ilin oktyabrında başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR