Gürcüstanda azərbaycanlının müdiri olduğu bankı qarət edənlər yaxalanıb

Gürcüstanda azərbaycanlının müdiri olduğu bankı qarət edənlər yaxalanıb
# 13 avqust 2013 12:24 (UTC +04:00)

Gürcüstan Nizami Məmmədzadə - APA. Gürcüstanda “Privat Bank”ın Marneuli şöbəsinə basqın edən bir qrup şəxs yaxalanıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, Kvemo-Kartli və Marneuli polis idarələrinin birgə istintaq-əməliyyat tədbirləri nəticəsində 1973-cü il təvəllüdlü, əvvəllər qətl üstündə məhkum olunmuş “Seyfi S.” ilə 1985-ci il təvəllüdlü “Ramin O.” və 1984-cü il təvəllüdlü daha bir nəfər saxlanılıb.

“Seyfi S.” Sarpi gömrük-keçid məntəqəsində ölkəni tərk etmək istəyərkən həbs edilib. Digər şəxslər isə Marneulidəki şəxsi evlərində həbs olunublar.

Qeyd edək ki, avqustun 8-də “Privat Bank”a basqın zamanı oğrular kassiri tapança ilə hədələyərək 110 min lari, 80 min dollar və 5 min avro pulu götürərək aradan çıxıblar.

Faktla bağlı Gürcüstan CM-nin 179-cu maddəsi ilə cinayət işi qaldırılıb, istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR