İran və Ermənistanın energetika nazirləri arasında görüş keçirilib

İran və Ermənistanın energetika nazirləri arasında görüş keçirilib
# 05 noyabr 2013 13:45 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün səhər saatlarında Tehran şəhərində İran və Ermənistanın energetika nazirləri arasında görüş keçirilib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, görüşdə Həmid Çitçianla Armen Movsesyan 3 layihənin həyata keçirilməsi ilə bağlı razılığa gəliblər.

Bunlar iki qonşu ölkə arasında Araz çayı üzərində müştərək su elektrik stansiyasının (SES) inşası, Ermənistana təbii qazın ixracı və İranın elektrik enerjisinin Ermənistan, Azərbaycan və Gürcüstan vasitəsilə Rusiyaya ötürülməsi layihələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR