Dövlət Sosial Müdafiə Fondunun sədri Ağdaşda vətəndaşlarla görüşəcək

Dövlət Sosial Müdafiə Fondunun sədri Ağdaşda vətəndaşlarla görüşəcək
# 02 oktyabr 2013 07:18 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov oktyabrın 4-də saat 11:00-da Fondun Ağdaş rayon şöbəsinin inzibati binasında bu rayondan, eləcə də Kürdəmir, İsmayıllı, Ucar, Göyçay, Şamaxı və Ağsu rayonlarının sakinləri olan icbari dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirəcək. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Fondun məlumatında deyilir.

Qəbulda iştirak edəcək vətəndaşların Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF-nin Ağdaş rayon şöbəsinə aparılıb gətirilmələri təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR