Azərbaycan əsgərləri cəbhədə iki erməni hərbçini məhv edib - YENİLƏNİB - VİDEO

Azərbaycan əsgərləri cəbhədə iki erməni hərbçini məhv edib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 20 iyun 2014 14:02 (UTC +04:00)

APA-nın Ermənistan saytlarına istinadən verdiyi məlumata görə, iyunun 19-da Qarabağda, Xocavənd rayonu istiqamətində öldürülmüş erməni hərbçi, çavuş Narek Poqosyandır. O, Ermənistan Ordusunda müqavilə əsasında xidmət edib.

Naxçıvan Muxtar Respublikası ilə sərhəddə baş vermiş atışmada öldürülən əsgər isə Qrişa Xaçaturyan olub. 1993-cü il təvəllüdlü Q. Xaçaturyan Sisyandan həqiqi hərbi xidmətə çağırılıb.

***

saat 14.11

Bakı. Rəşad Süleymanov - APA. Cəbhə xəttində Azərbaycan əsgərləri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin iki hərbçisi zərərsizləşdirilib.

APA-nın Ermənistan saytlarına istinadən verdiyi məlumata görə, erməni hərbçilərinin biri iyunun 19-da Qarabağda, digəri isə iyunun 20-də Naxçıvan Muxtar Respublikası ilə sərhəddə öldürülüb.

Həlak olmuş hərbi qulluqçuların adları hələlik açıqlanmayıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan mətbuata açıqlamasında faktı təsdiqləyib.

Qeyd edək ki, iyunun 5-də Naxçıvan Muxtar Respublikası istiqamətində Ermənistan Ordusunun iki hərbçisi öldürülüb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR