Bərdə, Sabirabad və Masallı rayonlarında Regional “ASAN Xidmət” mərkəzləri istifadəyə veriləcək

Bərdə, Sabirabad və Masallı rayonlarında Regional “ASAN Xidmət” mərkəzləri istifadəyə veriləcək
# 15 may 2014 11:41 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bərdə, Sabirabad və Masallı rayonlarında Regional “ASAN Xidmət” mərkəzləri istifadəyə verilməsi nəzərdə tutulub.

APA-nın məlumatına görə, bunu mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanın regionlarında bu il ərzində əlavə 3-4 “ASAN Xidmət” Mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. A.Hüseynov qeyd edib ki, Bərdə, Sabirabad və Masallıda regional mərkəzlərin layihəsi ölkə rəhbərliyinə təqdim olunub və yaxın zamanlarda layihənin icrasına başlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR