Bərdədə ev yanıb, bir nəfər xəsarət alıb

Bərdədə ev yanıb, bir nəfər xəsarət alıb
# 06 oktyabr 2015 06:03 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Mirzəxan kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 58 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR