Toksikoloji zəhərlənmələrlə bağlı müraciətlərin sayı azalıb

Toksikoloji zəhərlənmələrlə bağlı müraciətlərin sayı azalıb
# 02 may 2013 12:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ilin ilk aylarında toksikoloji zəhərlənmələrlə bağlı müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Kliniki Tibbi Mərkəzi Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında bildirib ki, ötən ilin müvafiq dövründə mərkəzə 100-ə yaxın insan tərəfindən müraciət daxil olmuşdusa, bu il onların sayı 68 olub. Onlardan da yalnız 34-nün xəstəxanaya yerləşdirildiyini deyən A.Maqsudov vurğulayıb ki, xəstələrin 5-nin vəziyyəti ağır olub, 1 nəfərin isə həyatını xilas etmək mümkün olmayıb: “Bu il ərzində ümumilikdə 34 dəm qazı zəhərlənməsi hadisəsi qeydə alınıb. Bunun nəticəsində də ölüm olmayıb və ağır xəstələr müalicə olunduqdan sonra evə buraxılıb”.

Şöbə müdiri qeyd edib ki, indiki dövr üçün ən çox müraciətlər sərxoş vəziyyətdə olan insanlarla bağlıdır: “Mərkəzə hər bir gündən bir 4-5 sərxoş vəziyyətdə olan insan gətirilir, onlar müəyyən müddət nəzarət altında saxlandıqdan sonra evə buraxılır. Bundan əlavə, ağacların gül açması nəticəsində allergiya halları artıb. Gündəlik olaraq 4-5 nəfər allergiya ilə bağlı mərkəzə müraciət edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR