Üzərində narkotik tapılan şəxsin apellyasiya şikayəti təmin edilməyib

 Üzərində narkotik tapılan şəxsin apellyasiya şikayəti təmin edilməyib
# 29 noyabr 2013 10:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sosial şəbəkə fəalı Əbdül Əbilovun apellyasiya şikayətinə baxılıb.

Media Hüququ İnstitutundan APA-ya verilən məlumata görə, noyabrın 29-da hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsi Ə. Əbilov haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Apellyasiya şikayəti həmin qərardan verilib.

Əbdül Əbilov noyabr ayının 22-də həbs olunub. Nərimanov Məhkəməsi noyabrın 23-də barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Onun üzərinə baxış keçirilərkən üzərindən narkotik vasitə aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR