Bakıda ana intihar edib

Bakıda ana intihar edib
# 30 noyabr 2013 07:22 (UTC +04:00)

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sahil qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 35 yaşlı Mətanət Qabil qızı Məhərrəmova atasına məxsus evdə özünü asıb.

Mərhumun özünə qəsd etməsinin dəqiq səbəbləri məlum olmasa da, onun son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Belə ki, bir müddət əvvəl M. Məhərrəmovanın azyaşlı uşağı ət çəkən maşınla oynayarkən əlini itirib. Bundan sarsıntı keçirən ana əsəb xəstəliyinə tutulub. Onun intihar etməsinə də əsəb pozğunluğunun səbəb olduğu ehtimal edilir.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR