Rusiyada fərdi evdə baş vermiş yanğın nəticəsində 5 nəfər ölüb

Rusiyada fərdi evdə baş vermiş yanğın nəticəsində 5 nəfər ölüb
# 14 yanvar 2014 08:11 (UTC +04:00)

Bakı – APA. Rusiyanın Çelyabinsk vilayətində fərdi evdə baş vermiş yanğın nəticəsində 5 nəfər ölüb.

APA – nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Arqayaş rayonunun Peredovik qəsəbəsində baş verib.

Yanğınsöndürənlər həmin evdən 5 nəfərin yanmış cəsədini çıxarıb.

Hazırda hadisənin bütün təfərrüatları araşdırılır. Yanvarın 13-də yanğın baş vermiş evdə 11 nəfərin köhnə Yeni ili qeyd etmək üçün yığışdığı üzə çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR