® ADP Mərkəzi Seçki Qərargahı prezidentliyə namizədinin qapıdan qapıya təşviqatına başlayıb

<font color=red>® </font>ADP Mərkəzi Seçki Qərargahı prezidentliyə namizədinin qapıdan qapıya təşviqatına başlayıb
# 24 sentyabr 2013 09:44 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Demokrat Partiyasının (ADP) Mərkəzi Seçki Qərargahı prezidentliyə namizədinin qapıdan qapıya təşviqatına başlayıb.

ADP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiya respublika prezidentliyinə namizəd Sərdar Cəlaloğlunun seçki təşviqatı kampaniyası uğurla davam etdirilir.

Namizədin bütün respublika ərazisində yaradılan seçki məntəqələrində plakatlarının və digər təşviqat materiallarının yerləşdirilməsindən ibarət olan birinci mərhələsi artıq başa çatmaq üzrədir.

ADP Mərkəzi Seçki Qərargahı bu gündən etibarən qapıdan qapıya fəaliyyət üçün nəzərdə tutulan buklet formasında təşviqat materiallarını hazırlayıb. Təşviqat kampaniyasına cəlb edilən üzvlər bu materialların şəhər və kənd evlərində qapı-qapı paylanması işinə səfərbər olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR