Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi kəskin azalıb

Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi kəskin azalıb
# 30 iyul 2013 12:31 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektləri üzrə mal ehtiyatları indeksi 2013-cü ilin iyun ayında 89,3% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici may ayına nisbətən 31,7 faiz bəndi azalıb.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır.

Göründüyü kimi, azalma ilə yanaşı indeks 100%-dən aşağı səviyyədədir. Bu isə mal qalıqlarının aylıq müqayisədə azaldığını göstərir. Belə ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2013-cü ilin iyunun 1-nə 204,3 mln. manat, mayın 1-nə 228,7 mln. manat, aprelin 1-nə 189,0 mln. manat təşkil edib.

Qeyd edək ki, iyun ayında pərakəndə ticarət dövriyyəsi maya nisbətən 1 598,9 mln. manatdan 1 581,0 mln. manatadək azalıb. Beləliklə, iyun ayında baş verən mal qalıqlarının azalmasının səbəbi ticarətin aktivləşməsi deyil, ticarət obyektlərinin mal təchizatının zəifləməsi ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR