Ağ Ev: ABŞ İranla qarşılıqlı hörmət əsasında müzakirələr aparmağa və anlaşmaya hazırdır

Ağ Ev: ABŞ İranla qarşılıqlı hörmət əsasında müzakirələr aparmağa və anlaşmaya hazırdır
# 21 sentyabr 2013 07:21 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İran nüvə proqramının hərbi xarakter daşımadığını sübut etməyə meylli olacağı təqdirdə ABŞ bu ölkə ilə qarşılıqlı hörmət əsasında müzakirələr aparmağa və anlaşmaya hazırdır”. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu Ağ Ev sözçüsünün müavini Coş Ernest deyib. O bildirib ki, İran rəsmiləri ilə bir neçə dəfə müzakirə aparılıb: “Biz qarşılıqlı hörmət əsasında müzakirələri davam etdirəcəyik. İran rəsmilərinin bu danışıqlar zamanı yeni addımlarını göstərmək imkanları olacaq”.

C. Ernest ABŞ və İran prezidentləri arasında ikitərəfli görüşün planlaşdırılmadığını söyləyib. Onun sözlərinə görə, rəsmi Vaşinqton Həsən Ruhanin prezident seçilməsindən sonra İranın nümayiş etdirdiyi yeni yanaşmanı alqışlayır. C. Ernest qeyd edib ki, İrana qarşı sanksiyalar sərtləşdirilib və bu ölkə beynəlxalq aləmdən təcrid olunub: “Bu da İranın iqtisadiyyatına zərər vurub. Nəhayət, bu təzyiqlər rəsmi Tehranı yenidən danışıqlar masası arxası qayıtmağa məcbur edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR