Azərbaycan prezidenti pakistanlı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti pakistanlı həmkarına başsağlığı verib
# 26 sentyabr 2013 13:35 (UTC +04:00)

APA-nın məlumatına görə, məktubda deyilir: “Bəlucistan vilayətində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!”

Qeyd edək ki, Pakistanda baş verən zəlzələdə 400-dən çox insan ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR