Putin və Obama Ukraynadakı vəziyyəti müzakirə ediblər

Putin və Obama Ukraynadakı vəziyyəti müzakirə ediblər
# 02 mart 2014 00:23 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya prezidenti qeyd edib ki, Ukraynanın şərq bölgələrində və Krımda zorakılığın davam edəcəyi təqdirdə Rusiya öz maraqlarını və orada yaşayan rusdilli əhalini qorumaq hüququnu öz üzərində saxlayır. Putin Ukrayna ərazisində yaşayan Rusiya vətəndaşlarının həyatlarının real təhlükə altında qaldığını vurğulayıb.

Barak Obama Rusiya Silahlı Qüvvələrinin Ukraynaya yeridilməsi ehtimalına dair narahatlığını bildirib. Rusiya rəhbəri

Qeyd edək ki, telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR