Əli Əkbər Salehi: “Rusiya İranda daha bir atom elektrik stansiyası inşa edəcək”

Əli Əkbər Salehi: “Rusiya İranda daha bir atom elektrik stansiyası inşa edəcək”
# 12 avqust 2013 06:49 (UTC +04:00)

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə hazırda İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Əkbər Salehi açıqlama verib.

Salehinin sözlərinə görə, yaxın gələcəkdə bununla bağlı İranla Rusiya arasında müqavilə imzalanacaq: “İran Atom Enerjisi Təşkilatının fəaliyyətləri ticarət və iqtisadiyyata əsaslanır. Bu qurumun fəaliyyətlərinin əsası atom-elektrik stansiyalarıdır və yaxın gələcəkdə Rusiya ilə əməkdaşlıq müqaviləsi imzalanması ilə Buşəhr AES-dən sonra yeni nüvə stansiyası inşa ediləcək”.

Qeyd edək ki, Buşəhr AES-in tikintisinə ötən əsrin 70-ci illərində başlanılıb. 1995-ci ildə İran Rusiya ilə layihənin sona çatdırılması barədə müqavilə imzalayıb. O zaman stansiyanın tikintisinin 1999-cu ildə başa çatdırılması nəzərdə tutulsa da, bu müddət ən müxtəlif texniki və siyasi səbəblər 2010-cu ilə kimi uzanıb. Nəhayət, 2010-cu ilin avqustun 21-də Buşəhr AES qismən fəaliyyətə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR