İqtisadiyyat və sənaye naziri Gədəbəydə vətəndaşları qəbul edib - VİDEO

İqtisadiyyat və sənaye naziri Gədəbəydə vətəndaşları qəbul edib  - <span style="color: red;">VİDEO
# 23 noyabr 2013 13:02 (UTC +04:00)

Bakı – APA. Noyabrın 23-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Gədəbəydə vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saat 10:00-dan etibarən Gədəbəy rayon Mədəniyyət Evində təşkil olunmuş qəbulda Ş. Mustafayev Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşların müraciətlərini və təkliflərini dinləyib. Qəbul zamanı qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapıb, digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinə tapşırıqlar verilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR