İlqar Məmmədovun həbs müddəti uzadılıb

İlqar Məmmədovun həbs müddəti uzadılıb
# 15 may 2013 13:27 (UTC +04:00)

Bu barədə APA-ya vəkil Cavad Cavadlı məlumat verib. C. Cavadlı Nəsimi Rayon Məhkəməsində istintaq orqanın İ. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı verdiyi vəsatətə baxıldığını və təmin olunduğunu bildirib. Qərara əsasən, İ. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR