Qarabağ münaqişəsi haqda jurnal dərc olunub - FOTO

Qarabağ münaqişəsi haqda jurnal dərc olunub - <span style="color: red;">FOTO
# 27 sentyabr 2013 15:44 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bakıda “Sülh perspektivlərinin yaxınlaşması: Dağlıq Qarabağ münaqişəsi kontekstində vətəndaş sülhməramlılığının 20 ili” (Приближение перспективы мира: 20 лет гражданского миротворчества в контексте нагорно-карабахского конфликта) adlı jurnalın təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov bildirib ki, jurnal əsasən analitiklər üçün hazırlanıb. O deyib ki, jurnalda əks olunan tədqiqatlar Azərbaycan, Ermənistan və Dağlıq Qarabağdan olan vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən vahid metodologiya əsasında tərtib olunub.

Daha sonra söz alan jurnalın müəlliflərindən biri, Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva qeyd edib ki, Dağlıq Qarabağ münaqişə ilə bağlı hər üç vətəndaş cəmiyyətində keçirilən sorğunun nəticələri gələcəyə ümidlə baxmağa əsas verir: “Bəzən vətəndaş cəmiyyətləri özünü təsir gücünə malik qüvvə saymır və özünü ayrı, diplomatları ayrı bir dairə kimi görür. Bu cür fikirlər hər üç cəmiyyətdə mövcuddur və o deməkdir ki müəyyən ortaq məxrəc var. Şimali İrlandiyada insanlar 30 il müharibə apardı, son nəticədə razılığa gəlib, müqavilə imzaladılar. Bu, o demək deyil ki, biz bu barədə düşünməməliyik. Bu, mümkündür, lakin insanlardan və bəzi amillərdən asılıdır”.

Sonra tədbir iştirakçıları jurnalla tanış olublar.

Qeyd edək ki, jurnal “İnternational Alert” layihəsi çərçivəsində Avropa Birliyinin maliyyə dəstəyi ilə dərc olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR