Zaqatala rayonunda doğuş zamanı ana ölümü baş verib - VİDEO

Zaqatala rayonunda doğuş zamanı ana ölümü baş verib - <span style="color: red;">VİDEO
# 26 iyun 2014 14:10 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın Zaqatala rayonunda doğuş zamanı ana ölümü faktı qeydə alınıb. APA-nın məlumatına görə, hadisə bu gün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində baş verib. Rayonun Bəhmədli kənd sakini Durmuşova İlahə Nəzir qızı qeysəriyyə əməliyyatı olunub, körpə götürülüb, ana isə narkozdan ayılmayaraq dünyasını dəyişib.

Qeyd edək ki, bu, ananın birinci doğuşudur.

İ. Durmuşovanın ölümünün səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR