Ermənistan və Ukrayna MDB Baş Qərargah Rəisləri Komitəsinin Azərbaycanda keçiriləcək iclasına qatılmayacaq

Ermənistan və Ukrayna MDB Baş Qərargah Rəisləri Komitəsinin Azərbaycanda keçiriləcək iclasına qatılmayacaq
# 07 aprel 2014 15:36 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Aprelin 8-də Bakıda keçiriləcək MDB Baş Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək nümayəndə heyətləri bəlli olub.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İclasda 5 ölkəni – Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanı Silahlı Qüvvələrin Baş Qərargah rəisləri, Tacikistanı isə Baş Qərargah rəisinin müavini təmsil edəcək.

Toplantıda həmçinin MDB İcraiyyə Komitəsinin əməkdaşları da iştirak edəcəklər.

İclasa Ermənistan və Ukrayna nümayəndələri qatılmayacaq.

MDB Baş Qərargah Rəisləri Komitəsinin iclası ilk dəfədir Bakıda keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR