Azərbaycan Silahlı Qüvvələrinin 96-cı ildönümü Brüsseldə qeyd edilib - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin 96-cı ildönümü Brüsseldə qeyd edilib - <span style="color: red;">FOTO
# 20 iyun 2014 17:42 (UTC +04:00)

Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən APA-ya verilən məlumata görə, tədbirdə NATO-ya üzv və tərəfdaş dövlətlərin səfirləri və diplomatik korpusun digər üzvləri, hərbi nümayəndələri, NATO-nun Beynəlxalq Katibliyi, Hərbi Komitəsi və Beynəlxalq Hərbi Qərargahının əməkdaşları, İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanında Daimi Müşahidəçi Missiyasının rəhbəri, Azərbaycanın Belçikadakı Səfirliyinin əməkdaşları və Azərbaycan diasporasının nümayəndələri iştirak edib.

Qəbul zamanı Azərbaycana dair təbliğat materialları nümayiş etdirilib və qonaqlara milli mətbəxin nümunələri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR