Vəkillər Kollegiyasına üzv olmaq istəyən 213 nəfər müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb

Vəkillər Kollegiyasına üzv olmaq istəyən 213 nəfər müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb
# 13 yanvar 2014 08:50 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yanvarın 11-də komissiya Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. 2 binada təşkil olunmuş imtahan saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb. İmtahanın nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdirilib və namizədlərin imtahan nəticələri haqında sənədlər Vəkillər Kollegiyasına təqdim olunub.


Müsabiqədə iştirak etmək üçün 706 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 68 nəfəri imtahanda iştirak etməyib. Namizədlərdən 213 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıblar. Ən yüksək nəticə isə 90 bal olub.


Müsabiqənin növbəti mərhələsi Vəkillər Kollegiyası tərəfindən aparılır. Bununla bağlı namizədlərə həmin qurum tərəfindən əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR