Sergey Lavrov: "Rusiya Suriyaya görə heç kimlə vuruşmayacaq" - FOTOSESSİYA

Sergey Lavrov: "Rusiya Suriyaya görə heç kimlə vuruşmayacaq" - <span style="color: red;">FOTOSESSİYA
# 26 avqust 2013 19:31 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Rusiya Suriyaya görə heç kimlə vuruşmayacaq”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Qərb koalisiyası Suriyaya hərbi müdaxilə etsə, rəsmi Moskva hansı addımı atacaq?” suala cavab olaraq Rusiya XİN başçısı 10 il bundan əvvəl İraqa qarşı tətbiq olunan hədə-qorxu aksiyasının hazırda Suriyaya qarşı tətbiq olunduğunu söyləyib.

“Suriyaya qarşı “İraq ssenarisi” artıq işə düşüb. Lakin baş verəcəklərin hansı istiqamətdə inkişaf edəcəyini demək qeyri-mümkündür. Qabaqcadan nəsə təxmin etmək və ya proqnozlaşdrımaq heç bir işə yaramır. İllər öncə İraqda da hadisələr bu cür başlamışdı", - deyə o vurğulayıb.

S. Lavrov avqustun 21-də Suriyada baş verən hadisənin sentyabrda keçirilməsi planlaşdırılan “Cenevrə-2” konfransına qarşı təxribat olduğunu söyləyib: “Bu təxribatın sifarişini verənlər Suriyada hökumətlə müxalifətin dialoqunu istəməyən qüvvələrdir. Əsəd hakimiyyəti heç bir ön şərt olmadan “Cenevrə-2” konfransına qatılacağını bildirib. Lakin müxalifət Əsədin hakimiyyətdən getdiyi təqdirdə, bu konfransda iştirak edə biləcəyini bəyan edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR