İranla Rusiya arasında iki AES-in inşası ilə bağlı yekun razılaşma əldə olunub

İranla Rusiya arasında iki AES-in inşası ilə bağlı yekun razılaşma əldə olunub
# 24 iyun 2014 08:43 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla Rusiya arasında iki atom elektrik stansiyasının (AES) inşası ilə bağlı yekun razılaşma əldə olunub.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bildirib.

Onun sözlərinə görə, sənəd imzalanması üçün İran və Rusiya rəsmilərinə təqdim ediləcək. B.Kəmalvəndi həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın nüvə proqramı ilə bağlı hesabatlarını müsbət qiymətləndirib: “İran nüvə fəaliyyətlərinin dinc məqsədli olduğu hər iki hesabatda öz əksini tapıb. Əvvəllər AEBA tərəfindən İran nüvə fəaliyyətləri barəsində hazırlanan hesabatlarda ikili standartlardan çıxış edildiyinə görə səhv məlumatlara yer verilirdi. Agentlik tərəfindən bu cür səhv məlumatların silinməsi çətindir. Ancaq İran bu məsələdə AEBA-ya yardım edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR