Xaçmaz rayon sakinini maşınla vuran sürücü hadisə yerindən qaçıb - VİDEO

Xaçmaz rayon sakinini maşınla vuran sürücü hadisə yerindən qaçıb - <span style="color: red;">VİDEO
# 01 aprel 2014 14:03 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün günorta saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayon sakini, 1978-ci il təvəllüdlü Elçin Həbibovu maşın vurub. Xəsarət alan şəxs ətrafdakı insanların köməkliyi ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir.

Zərərçəkən şəxsin APA-ya verdiyi məlumata görə, velosipedlə hərəkətdə olarkən onu “VAZ 2107” markalı maşın vurub və hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR