ARDNŞ Ukraynada YDM şəbəkəsini genişləndirir

ARDNŞ Ukraynada YDM şəbəkəsini genişləndirir
# 15 aprel 2014 08:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ukraynanın Xmelnitski və Poltava vilayətlərində SOCAR brendi ilə fəaliyyət göstərəcək yanacaqdoldurma məntəqələri (YDM) açılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, YDM-lərdə Polşa, Litva və Belarusun aparıcı emal zavodlarında istehsal olunmuş, “Euro-4”, “Euro-5” standartlarına cavab verən neft məhsulları reallaşdırılacaq. Yerli sürücülərə A-92, A-95, A-95 TM “Nano” benzinləri, TM “Nano” dizel yanacağının təklif olunacağı nəzərdə tutulub.

Xvelnitski və Poltava vilayətlərində SOCAR brendi ilə fəaliyyət göstərən bu ilk komplekslərin ərazisində avtomobilin su təminatı, təkərlərin doldurulması kimi xidmətlər pulsuzdur. Müştərilər pulsuz Wi-Fi xidmətindən istifadə etmək, mobil telefonlara enerji yükləmək imkanına da malikdirlər.

Şəhər tipli YDM-lər kompakt şəkildə inşa olunub. Onlar həm yerləşmə planı, həm də xidmət baxımından çox rahatdır. Bununla da Ukraynanın Kiyev, Odessa, Lvov, Nikolayev, Roven, Çerkas, Xmelnitski və Poltava vilayətlərində SOCAR brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 37-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR