Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi: Turistlər üçün apartamentlərin yaradılması daha məqsədəuyğundur

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi: Turistlər üçün apartamentlərin yaradılması daha məqsədəuyğundur
# 02 aprel 2014 11:42 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkəyə gələn turistlərin yerləşməsi üçün apartamentlərin yaradılmasını daha məqsədəuyğun hesab edir və məsələ ilə bağlı müzakirələr aparmağı planlaşdırır.

"APA-Economics"in xəbərinə görə, bunu nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev sabah Bakıda baş tutacaq 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər və 8-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgilərinin açılışı məqsədilə keçirilən mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, Azərbaycanda hostellərin yaradılması məqsədəuyğun deyil: "Çünki bu cür pansionat tipli yerlər bizə görə deyil, orada ancaq gecələmək olar. Lakin apartamentlər daha yaxşı olar. Bütün dünyada apartamentlər, yəni mənzil tipli istirahət üçün nəzərdə tutulmuş yerlər daha geniş yayılıb. Bizdə çoxlu yeni tikilmiş binalar var ki, onlardan bu məqsədlə istifadə etmək olar. Onların sahəsi də böyükdür".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR