Ötən ay 2 mindən çox əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb

Ötən ay 2 mindən çox əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb
# 15 may 2014 08:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bu ilin aprel ayında müəssisələrdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti tədbirlərini davam etdirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, dövlət nəzarəti zamanı 2 060 halda əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb ki, bu rəqəm ötən ilin aprel ayına dair müvafiq göstərici ilə müqayisədə 9 dəfə çoxdur.

Həmin hüquq pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. Tətbiq olunmuş cərimələrin 52,6%-i (196 922 manat) dövlət büdcəsinə ödənilib ki, bu da ötən ilin aprel ayında ödənilən məbləğlə müqayisədə 36 dəfədən də çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR