Azərbaycan XİN Misirin Mənsurə şəhərində törədilmiş terror aktını pisləyib

Azərbaycan XİN Misirin Mənsurə şəhərində törədilmiş terror aktını pisləyib
# 25 dekabr 2013 14:25 (UTC +04:00)

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda Misirin Mənsurə şəhərində törədilmiş terror aktı qəti şəkildə pislənilib, bu terror əməli nəticəsində həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına və Misir xalqına başsağlığı verilib, xəsarət alanların isə tezliklə şəfa tapacaqlarına inam bildirilib.

Xİn bəyan edir ki, Azərbaycan terrorizmdən əziyyət çəkən dövlət kimi terrorizmin bütün forma və təzahürlərini pisləyir, terrorizmə qarşı mübarizə üçün beynəlxalq birliyin səylərinin gücləndirilməsinin vacibliyini bir daha vurğulayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR