Masallının daha bir yaşayış məntəqəsinə təbii qazın verilişi bərpa olunub

Masallının daha bir yaşayış məntəqəsinə təbii qazın verilişi bərpa olunub
# 28 dekabr 2013 07:09 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Masallı rayonunun Birinci Yeddioymaq kəndinə 20 illik fasilədən sonra təbii qazın verilişi bərpa olunub. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilmiş tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin və rayon icra hakimiyyətlərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər. Bütün çıxışlarda Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ərəfəsində kəndə təbii qazın verilişi razılıqla dəyərləndirilib. Bildirilib ki, 464 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 25,6 kilometrdən artıq polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilməklə 464 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Rayon Qaz İstismar Sahəsinin rəisi Seyran Şahverdiyevin sözlərinə görə, rayonun 103 yaşayış məntəqəsindən 67-si artıq qazlaşdırılıb. Bununla belə daha 36 kənd hələ də qazsıdır. Sahə rəisi yaxın vaxtlarda daha 4 yaşayış məntəqəsinə təbii qazın verilişinin bərpa olunacağını, rayonda qazlaşdırma işlərinin 2015-ci ilə kimi tamamilə başa çatdırılacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR