Gürcüstanda zəlzələ baş verib, yeraltı təkan Azərbaycanın şimal-qərb bölgəsində də hiss olunub

Gürcüstanda zəlzələ baş verib, yeraltı təkan Azərbaycanın şimal-qərb bölgəsində də hiss olunub
# 17 sentyabr 2013 06:57 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ sentyabrın 17-də saat 09.09-da Zaqataladan 85 km şimal-qərbdə - Gürcüstan ərazisində qeydə alınıb.

8 km dərinlikdə baş verən, maqnitudası 5.80 olan zəlzələ Azərbaycanın Gürcüstanla həmsərhəd yaşayış məntəqələrində 4.0-3.0 bal gücündə hiss olunub. İlkin məlumatlara görə, tikintilərdə dağıntı yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR