Avropa Birliyi Rusiyanın “Şərq tərəfdaşlığı” ölkələrinə qarşı siyasətindən narahatdır

Avropa Birliyi Rusiyanın “Şərq tərəfdaşlığı” ölkələrinə qarşı siyasətindən narahatdır
# 25 sentyabr 2013 10:19 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, K. Eştonun mətbuat xidməti onun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünün yekunlarına dair bəyanat yayıb.

Bəyanatda bildirilir ki, bu tədbirlər Rusiyanın imza atdığı beynəlxalq prinsiplərə uyğun deyil. Hər dövlət başqa dövlətlərlə münasibətlərini beynəlxalq hüquqa uyğun olaraq sərbəst şəkildə müəyyənləşdirmək haqqına sahibdir.

Qeyd edək ki, Rusiya Federal Gömrük Xidmətinin Ukraynadan gələn yüklərin yoxlanma qaydalarını sərtləşdirməsi Ukraynada kəskin etiraz doğurub. Bu, Ukraynanı Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan vaz keçirərək Rusiya, Belarus və Qazaxıstanla Gömrük İttifaqına daxil olmağa məcbur etmək cəhdi kimi qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR