Nazir: ”İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” müsabiqələrinin formatı dəyişdirilə bilər

Nazir: ”İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” müsabiqələrinin formatı dəyişdirilə bilər
# 22 noyabr 2013 12:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda hər il təhsil sahəsi üzrə ”İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” müsabiqələri keçirilir. Gələcəkdə isə həmin müsabiqələrin formatı optimallaşdırıla və dəyişdirilə bilər”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Şurasının ümumi yığıncağında çıxışında deyib. Onun sözlərinə görə, formatın dəyişdirilməsində məqsəd bu müsabiqələrdə əldə olunan nəticələrin ümumilikdə təhsil sistemində tətbiqinin təmin edilməsi yollarını axtarmaqdır: “Sadə dillə desəm, hansısa çox istedadlı və yaxşı müəllimin mütəxəssislər və şagirdlər qarşısında açıq dərs keçə bilməsi çox təqdirəlayiq haldır. Amma biz bu müəllimin istifadə etdiyi tədris metodikasını, işə yanaşmasını təhsil sistemində tətbiq edə bilmiriksə, belə istedadlı yanaşmanın dar çərçivədə qalması təhsil sisteminə maksimal fayda verə bilmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR