Ucarda bunyavirus xəstəliyinə yoluxmuş heyvanların saxlandığı ərazi dezinfeksiya olunur

Ucarda bunyavirus xəstəliyinə yoluxmuş heyvanların saxlandığı ərazi dezinfeksiya olunur
# 05 sentyabr 2013 12:25 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarda bunyavirus xəstəliyinə yoluxmuş heyvanların saxlandığı ərazi dezinfeksiya olunur. Ucar rayon Baytarlıq İdarəsinin müdiri Xaləddin Əsgərovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, rayonda iribuynuzlu heyvanlar arasında kütləvi yayılmış xəstəliklə bağı idarəyə son günlər heç bir məlumat daxil olmayıb: “Hazırda vəziyyət sabitdir. Təxminən 1 ay müddətinə rayonda 2076 baş iribuynuzlu heyvan sözügedən xəstəliyə yoluxub ki, bunlarda yerli baytarlar tərəfindən aparılan müalicə nəticəsində tamamilə sağalıb”.

X. Əsgərov onu da qeyd edib ki, Dövlət Baytarlıq Xidməti tərəfindən, dövlət vəsaiti hesabına alınmış dezinfeksiyaedici dərmanlar rayona gətirilib: “İndi ilk növbədə xəstəlik keçirmiş heyvanların saxlanıldığı ərazi dezinfeksiya olunur. Dezinfeksiya işlərinin aparılmasında əsas məqsəd iribuynuzlu mal-qaranın bir daha xəstəliyə yoluxmamasınə təmin etməkdir. Bunun üçün Ucar rayonuna kifayət qədər preparatlar gətirilib”.

İdarə müdiri dezinfeksiya işlərinin bu ay müddətinə tamamilə yekunlaşacağını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR