Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə keçirilən görüşdə amerikalı səfir qarşıdakı prezident seçkilər barəsində fikir mübadiləsinin aparıldığını bildirib. R.Morninqstar qeyd edib ki, səfirliyin müşahidəçilər qrupu Gəncəyə səfər edəcək və seçki prosesini izləyəcək: «Biz istəyirik ki, seçkilər azad, ədalətli və şəffaf şəkildə keçirilsin. İcra Hakimiyyətinin başçısı bildirib ki, onların da belə istəyi var. Səfirlik olaraq yenə bildiririk ki, biz seçkilərin azad və ədalətli keçirilməsinə çağırırıq. Hər hansı bir namizədi dəstəkləmirik, nə də ona qarşı çıxmırıq. Bu, Azərbaycan xalqının etməli olduğu seçimdir. Bir daha çağırırıq ki, seçkilər azad və ədalətli keçirilsin ki, Azərbaycan xalqı istədiyi namizədi seçsin».
R.Morninqstar Gəncədə 4 dairə seçki komissiyasının rəhbərliyi ilə görüşüb, sonra həyat yoldaşı Faith Morninqstarla birgə Gəncədə keçirilən «Qadın liderliyi» konfransına qatılıblar. Amerikalı diplomat Gəncənin yaxınlığında məcburi köçkünlər üçün salınan qəsəbə ilə də tanış olacaq. Səfirin Gəncədə və ətraf rayonlarda fəaliyyət göstərən sülh korpusunun və QHT nümayəndələri ilə görüşəcəyi də gözlənilir.
ABŞ səfiri: «Biz seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini istəyirik» - FOTO - VİDEO
21 sentyabr 2013 14:03 (UTC +04:00)
Daxili siyasət
Arif Hacılı Müsavat Məclisinin sədri seçilib, başqanın 6 müavini təyin edilib
16:23
18 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
14:12
17 may 2024
Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
10:32
17 may 2024
Yaxın günlərdə Ermənistan və Azərbaycan sərhədçiləri sərhədin razılaşdırılmış hissəsində yerləşdiriləcək
00:10
16 may 2024