Yeqor Şerbakovun sevgilisi Kseniya Popova şahid qismində istintaq hərəkətində iştirak edib

Yeqor Şerbakovun sevgilisi Kseniya Popova şahid qismində istintaq hərəkətində iştirak edib
# 01 noyabr 2013 07:33 (UTC +04:00)

Bakı - APA. Oktyabrın 10-da Moskvanın Qərbi Biryulevo rayonunda öldürülmüş yerli sakin Yeqor Şerbakovun sevgilisi Kseniya Popova şahid qismində istintaq hərəkətində iştirak edib. APA-nın Rusiyanın NTV telekanalına istinadən verdiyi məlumata görə, K. Popova oktyabrın 31-də Rusiya İstintaq Komitəsinin əməkdaşları ilə birlikdə hadisə yerinə gedib. O, hadisənin necə baş verdiyini və Orxan Zeynalovun Y. Şerbakovun ürəyinə bıçaq zərbəsini necə vurduğunu müstəntiqlərə təsvir edib.

Orxan Zeynalovun hadisə yerinə aparılıb-aparılmayacağı barədə məlumat verilmir.

Qeyd edək ki, O. Zeynalov məhkəmədə verdiyi ifadədə Y. Şerbakovu qətlə yetirmədiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR