Ermənistan təhlükəsizlik məqsədi ilə qoşunların təmas xətti yaxınlığında alternativ yol inşa edəcək

Ermənistan təhlükəsizlik məqsədi ilə qoşunların təmas xətti yaxınlığında alternativ yol inşa edəcək
# 22 yanvar 2014 12:31 (UTC +04:00)

Bakı – APA. Ermənistan hökuməti Tavuş vilayətindəki Paravakar – Vazaşen avtomobil yolunun bir hissəsinin bağlanması haqda qərar verib.

APA – nın “Armenia Today”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi, podpolkovnik Suren Darbinyan məlumat verib.

Müvafiq qərarın verilməsinə səbəb kimi yolun həmin hissəsinin təhlükəsiz olmaması və alternativ yolun inşası göstərilir.

Yolun bağlanmasının səbəblərindən danışan S. Darbinyan qeyd edib ki, oktyabrın 22-də Azərbaycan tərəfindən “təxribat” nəticəsində burada bir erməni əsgəri ölüb, 3 əsgər yaralanıb.

Hazırda yolun həmin hissəsi nəqliyyatın hərəkəti üçün açıq olsa da, əhaliyə bu təhlükəli yoldan istifadə etməmək məsləhət görülür.

S. Darbinyan qeyd edib ki, bu kimi məsləhətlər, habelə yeni yolun inşası Ermənistan Müdafiə Nazirliyinin geri çəkilməsinə dəlalət etmir. “Biz yolun bu hissəsində təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edirik”, - deyə qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR