Hər bir qaçqın və məcburi köçkün ona dəyən zərəri biləcək

Hər bir qaçqın və məcburi köçkün ona dəyən zərəri biləcək
# 30 may 2014 12:36 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində məruz qalınan itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun üzvləri və mütəxəssislərin iştirakı ilə iclası keçirilib.

İşçi Qrupunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində mülki əhaliyə dəyən zərərin qiymətləndirilməsi məqsədilə Beynəlxalq Qiymətləndirmə Standartları və İşçi Qrupunun hazırladığı metodologiya bir daha müzakirə olunub.

Qiymətləndirmə qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların müraciəti əsasında toplanan baza sənədləri əsasında aparılır. İşçi Qrupunun Qiymətləndirmə və metodologiya departamentinin rəhbəri Faiq İsmayılov departamentin gördüyü işlərdən söz açıb və yaxın günlərdə hər bir qaçqın və məcburi köçkünün erməni silahlı qüvvələri tərəfindən onlara dəyən zərəri İşçi Qrupunun internet saytından izləyə biləcəklərini nəzərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR