MSK Azərbaycan üzrə müşahidə aparmaq istəyənlərin sayını açıqlayıb

MSK Azərbaycan üzrə müşahidə aparmaq istəyənlərin sayını açıqlayıb
# 10 sentyabr 2013 12:52 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Azərbaycan üzrə müşahidə aparmaq istəyənlərin sayı 2048 nəfərdir.

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ölkə üzrə müşahidə aparmaq istəyənlərin 221-i öz təşəbbüsü ilə, 672-si Yeni Azərbaycan Partiyası, 26-sı Ana Vətən Partiyası, 1141 nəfər Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, 12-si Azərbaycan Gənc Vətənpərvərlər Təşkilatı, 2 nəfər isə xüsusi icazəli müşahidəçilərdir.

Yalnız müşahidə missiyasını seçki dairəsi üzrə keçirəcək, dairə seçki komissiyalarında qeydiyyatdan keçən müşahidəçilərin sayı isə 5704 nəfərdir.

Qeyd edək ki, prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR