“Facebook”da praktiki hüquqşünas və vəkillərdən ibarət qrup yaradılıb

“Facebook”da praktiki hüquqşünas və vəkillərdən ibarət qrup yaradılıb
# 01 noyabr 2013 14:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Facebook” sosial şəbəkəsində praktiki hüquqşünas və vəkillərdən ibarət “Hüquqşünaslar” qrupu yaradılıb.

Hüquqşünas Səbuhi Axundovun APA-ya verdiyi məlumata görə, sosial şəbəkənin razılığı ilə qrupun rəsmi möhürü hazırlanıb. Qrupun əsas məqsədi hüquq maarifçiliyi sahəsində müxtəlif məsələlərin müzakirəsi, müqayisəli şəkildə müxtəlif hüquq sistemlərinin təhlilindən ibarətdir. Qrupun ideya müəllifi və əsas təşkilatçısı vəkil Aqil Lahıc, Fariz Namazlı, Faiq Nağıyev, Qanqa İbrahimov, Elmar Süleymanov, Səbuhi Axundov və digərləridir.

Qrupda sorğuların keçirilməsi, ən çox təqdir olunan hakimə təşəkkür məktubunun göndərilməsi nəzərdə tutulur. Bunun üçün artıq qrup ilk sorğusuna start verib. Sorğu Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri barəsindədir.

Hazırda qrupda 2500-ə yaxın praktiki hüquqşünas var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR