KİV: ABŞ Suriyaya zərbəni Londonun iştirakı olmadan sanksiyalaşdırmağa hazırdır

KİV: ABŞ Suriyaya zərbəni Londonun iştirakı olmadan sanksiyalaşdırmağa hazırdır
# 30 avqust 2013 04:38 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyanın Suriyaya qarşı əməliyyatda iştirakdan imtinasına baxmayaq, ABŞ prezidenti Barak Obama Suriyaya məhdud xarakterli hərbi zərbəni sanksiyalaşdırmağa hazırdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Washington Post” qəzeti Obama administrasiyasının nümayəndələrinə istinadla məlumatı dərc edib.

Qeyd edək ki, Britaniya parlamenti avqustun 30-na keçən gecə baş nazir Devid Kemeronun Suriyaya hərbi müdaxilə barədə təklifini qəbul etməyib.

Məlumata görə, 285 deputat hökumətin irəli sürdüyü təşəbbüsün əleyhinə səs verib, 272 deputat isə baş nazirin təklifini dəstəkləyib.

Baxmayaraq ki, səsvermə tövsiyə xarakteri daşıyıb, Devid Kemeron iclasdan sonra qeyd edib ki, parlamentin Suriyada hər-hansı hərbi əməliyyat keçirmək niyyətində olmadığı artıq tam aydındır: “Mən də artıq addımlarımı müvafiq şəkildə atacam”, deyə Kemeron əlavə edib.

“Obamanın Suriya ilə bağlı yekun qərar vermədiyi barədə xəbərlərə baxmayaraq, ehtimal var ki, zərbə Suriyada kimyəvi silahdan istifadə məlumatını araşdıran BMT müfəttişləri ölkəni tərk etdikdən dərhal sonra baş verə bilər. Müfəttişlər ölkəni iyulun 31-də tərk etməyi planlaşdırır”, deyə nəşr qeyd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR